ABŞ-ın Havay ştatından olan hüquqşünas İlin Blok 60 yaşında 29 kiloqram arıqlayıb və bodibildinq yarışlarında iştirak edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.
Qadın həmişə bodibilder olmaq istədiyini, lakin məşq etməyə və yarışlara hazırlaşmağa vaxt tapa bilmədiyini bildirib. Amma 70 yaşında 31 kiloqram arıqlayan Kanada sakini Coan Makdonalddan xəbər tutandan sonra Blok arzusunu həyata keçirmək qərarına gəlib.
Blok idman zalında müntəzəm olaraq məşq etməyə və qidalanmaya nəzarət etməyə başlayıb. Nəticədə 29 kiloqram arıqlamağı və formasını bərpa etməyi bacarıb.
2022-ci ilin əvvəlində qadın bodibildinq yarışlarına hazırlaşmağa başladı. O, əzələ kütləsi qazanıb və sonra bədənindəki yağ toxumasının faizini mümkün qədər azaltmaq üçün ciddi pəhrizə keçib. Səhnəyə çıxanda Blokun çəkisi 54 kiloqrama enmişdi.
Qadın müsabiqədə ilk dəfə iştirak edəndə narahat olduğunu etiraf edib:
“Mən həqiqətən bunu etdiyimə inanmırdım. Mənə elə gəldi ki, bodibildinq yarışları illər əvvəl məndən keçmiş bir şeydir. Amma indi artıq altmışı keçmişəm və yeni başlayıram”.
Blok hazırda həftədə altı dəfə idman zalında məşq edir, güc məşqlərinə diqqət yetirir. O, çıxışına davam etməzdən əvvəl bədənini daha yaxşı formada saxlamağı planlaşdırır:
“Bu yaşda özünü bu qədər fit və sağlam hiss etmək heyrətamizdir. İndi həyatımda olmadığım qədər yaxşı formadayam və daha sağlamam. Nə gözəl!”.