Alman Sven Hagemeir uşaqlıqdan Ginnesin Rekordlar Kitabının pərəstişkarı olub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, ad günü şənliyi ilə bağlı maraqlı və çox xoş rekord vurmağı bacarıb.
Adi hallarda gün 24 saat davam edir, Sven həmin günü 46 saata çatdırmağı bacarıb.
Bənzər bir şey əvvəllər ad gününü Kəraçidə qeyd etməyə başlayan və San-Fransiskoda başa çatan Pakistan sakini tərəfindən edilib. O ad günü şənliyini 35 saat 25 dəqiqəyə qədər uzada bilmişdi.
Lakin alman bu sevincli hadisəni demək olar ki, iki günə uzatmağı bacardı.
46 saat ərzində o, Yeni Zelandiyanın Oklenda şəhərindən Avstraliyaya bir neçə uçuş həyata keçirdi, bundan sonra isə Honoluluya uçub. Nəticədə onun adı Ginnesin Rekordlar Kitabına “ən uzun ad gününü” qeyd edən şəxs kimi düşüb.
Sven bildirib ki, uşaqlıqdan rekordçu olmaq arzusunda idi və özünə uyğun bir kateqoriya tapmaq xeyli zaman alıb.
Svenin rekord vurmaq istəyini öyrənən hər kəs bu işdə ona həvəslə kömək etdi.O dostları ilə birlikdə təyyarələrdə, uzun uçuş saatlarında durmadan, 46 saat ad günü edərək rekordçu olub.