30 gözəlin poz verdiyi asma körpü qırıldı: “Miss Tayland”da biabırçılıq - VİDEO
08 dekabr 2020 17:30 (UTC +04:00)

30 gözəlin poz verdiyi asma körpü qırıldı: “Miss Tayland”da biabırçılıq - VİDEO

Taylandda gözəllik müsabiqələri koronavirus pandemiyası zamanı belə dayanmır. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Miss Tayland” milli müsabiqəsinin 2-ci mərhələsində sözün əsl mənasında biabırçılıq yaşanıb. 

Paytaxt Banqkokun Çianq Mai şəhərindən yayımlanan müsabiqənin bu turunda gözəllərin fotosessiyası olmalı idi. Fotoçəkilişlər şəhər restoranlarından birində aparılıb. 

Say-seçmə gözəllər bir fraqmenti çayın üzərindəki asma körpüdə nəzərdə tutulmuşdu...

30 gözəlin birgə poz verdiyi körpü ağırlığa dözməyib qırılıb. Gözlənildiyi kimi, “gözəlçə”lərin hamısı çaya düşüb.
 
Daha ağır xəsarət alan 3 namizəd yerli xəstəxanalardan birinə yerləşdirilib. Restoran sahibi müalicə və yarışma iştirakçılarının kostyumlarını səliqəyə salacağına söz verib. 

Milli gözəllik yarışmasının direktoru Adisorn Suddinin tədbirin təhlükəsizlik problemlərindən yayınmaq üçün paytaxtı tərk etdiyi bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7170
avatar

Oxşar yazılar