Nüfuzli “Wired” jurnalı 2023-cü ilin ən təhlükəli adamlarının antireytinqini təşkil edib.
Lent.az-ın məlumatına görə, siyahıda ilk yerdə “SpaceX”, “Tesla” və X ("Twitter") şirkətlərinin başçısı İlon Maskdır.
Onun səmaya buraxdığı süni peyklərin müxtəlif ölkələrdə təbii fəlakətlərin yaranmasında silah kimi istifadə olunması ehtimalı var. Həmçinin Maskın dayanmadan icad etdiyi çiplər bəşəriyyət üçün heç də təhlükəsiz sayılmayıb. Onun “Tesla” avtomobillərinin də texniki xətalarla buraxıldığı nəzərə alınıb.
Texnologiyalar dünyasının yeni simalarından olan Sem Altman dünyanın ən təhlükəli ikinci adamı sayılıb. “OpenAI” şirkətinə rəhbərlik edən Altman süni intellekt vasitəsilə müxtəlif proqramlar yaradıb istənilən adamın səsi və görüntüsü ilə danışan obrazlar yaradır. Semdən nə gözləmək olar? Bu sualın cavabı qaranlıqdır.
Üçüncü yerdə “Sior” hakerlər qrupunun adı çəkilib. Onlar 62 milyon insana zərər veriblər.
“Alphv” haker qrupu mindən çox şirkətdən oğurluq edərək, 300 milyon qazana bilib.
“Volt Typhoon” ABŞ hərbi bazalarına gedən elektrik enerji xətlərinə nəzarəti ələ almaqla adından söz etdirib.
“Predatory Sparrow” qrupu İrana qarşı kiberhücumlar təşkil edib, ölkədə yanacaqdoldurma məntəqlərinin 70 faizini eyni anda sıradan çıxarıb.