1 dollarla  dünyanın bütün ölkələrini gəzdi
07 iyun 2024 11:59 (UTC +04:00)

1 dollarla dünyanın bütün ölkələrini gəzdi

Andre Brugiroux səyahətçilər arasında əfsanəvi şəxsiyyət kimi tanınır. Fransada anadan olan bu macəraçı həyatını dünyanı kəşf etməyə və mədəniyyətlərarası əlaqələr yaratmağa həsr etmiş səyyahdır.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Andrenin səyahət həvəsi 1955-ci ildə, 17 yaşında olarkən yay tətili üçün Şotlandiyaya getdiyi zaman başlayıb. Bu təcrübə ona dünyanı araşdırmağın nə qədər böyük və dəyərli olduğunu göstərib. Parisdə otel idarəçiliyi məktəbində təhsil aldıqdan sonra müxtəlif işlərdə çalışıb, zaman tapdıqca Avropaya səyahət etməyə başlayıb. Bununla belə, Brugirouxun əsl səyyah ömrü 1959-cu ildə başlayıb, 18 il ərzində bütün dünyanı gəzib-dolaşıb.

1959-cu ildə cibində cəmi 1 dollarla yola çıxan Brugiroux dünyanı avtostopla gəzib, yerli insanlarla görüşüb və müxtəlif işlərdə çalışıb. Onun məqsədi mümkün qədər az pul xərcləyərək və yerli əhali arasında yaşayaraq, dünyanı araşdırmaq idi. Bu səyahət zamanı o, 400.000 kilometrdən çox yol qət edib və 135 ölkəni ziyarət edib.

Brugirouxun səyahəti təkcə xoş xatirələrlə deyil, həm də bir çox çətinliklər və təhlükələrlə dolu olub. O, dəfələrlə aclıq, xəstəlik və təhlükəli vəziyyətlərlə üzləşib. Lakin hər dəfə öz qətiyyəti ilə bu çətinliklərin öhdəsindən gəlib. Səyahətləri zamanı o, dəfələrlə həbs edilib, döyüş bölgələrində ilişib qalıb. Amma bütün bu çətinliklərə baxmayaraq, onun səyahət həvəsi heç vaxt azalmayıb.

Andre Brugiroux təcrübələrini və qarşılaşdığı insanları təsvir edən bir çox sayda kitab yazıb. Onun ən məşhur əsərlərindən biri olan "La Terre n'est qu'un seul pays" (Dünya bir ölkədir) səyahətləri zamanı təcrübələrinin və fəlsəfəsinin əksidir. Bu kitabda o, dünyadakı insanların əslində nə qədər oxşar olduğunu və mədəni fərqliliklərdən kənarda ortaq bir bəşəriyyət bağının olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2706
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar