Yıxdıqları iki yuvanın üzərində ailə quracaqlar - Baharda toy var!
07 yanvar 2026 09:42 (UTC +04:00)

Yıxdıqları iki yuvanın üzərində ailə quracaqlar - Baharda toy var!

0

Kino dünyasının məçur adları Hugh Jackman və Sutton Fosterin Yeni ili təkbətək keçirdilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, romantik tətil zamanı çəkilən fotolarının sədası hələ də səngiməmiş məşhur cütlükdən daha bir xəbər gəlib. Deyilənlərə görə, son iki ildə maqazin gündəminin zirvəsində yer alan aşiq cütlük evlilik qərarı verib.

Hər ikisi evli olduğu dövrdə başlayan münasibətlərini bir müddət gizli saxladıqdan sonra dünyaya elan etdilər. Bu səbəbdən ciddi tənqidlərə məruz qalsalar da sevgilərindən vaz keçməyən Hugh Jackman və Sutton Fosterin evlənmək qərarı aldığı iddia olunur.

Məlumatlara görə, Hugh Jackman bütün iş qrafikini planlaşdıran komandasına yaz aylarında Sutton Foster ilə evlənmək və ardından Avropada “bal ayı turuna” çıxmaq üçün bütün görüşləri ləğv etmələri və işləri sonraya saxlamaları barədə tapşırıq verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1791

Oxşar yazılar