Müğənni İrem Derici bəstəkar müğənni Yıldız Tilbe ilə necə tanış olmasından danışıb.
Lent.az-ın xəbərinə görə, o qatıldığı şou proqramlardan birində maraqlı bir xatirəsini bölüşüb.
“Yıldız xanım, öz avtomobilində mənim mahnılarımı dinləyərkən, paparazzilər başının üstünü kəsdiriblər. O da “İrəmi dinləyirəm” deyib. Elə bir neçə gün sonra bir moda dəfiləsinə getmişdim. Birdən kimsə belimə atladı, geri döndüm, baxdım,Yılmaz Tilbe. Qollarını boynuma salıb, başımı dişlədi. Sonra da gülə-gülə “yeyərəm, səni, çox sevirəm, gəl otur bir az söhbət edək, dedi. Yıldız xanım sevdiyi insanları uzaqdan hiss edirdi. Depressiyada olduğum bir dönəmdə bunu hiss edib, gecə zəng vurmuş, mənə mahnı bəstələdiyini demişdi. Gözəl mahnıydı, amma sonra unudub, həmin mahnını başqasına hədiyyə eləmişdi”,- deyə müğənni bildirib.