Alla Puqaçovanın əri, şoumen Maksim Qalkin sosial şəbəkədə izləyicilərin suallarını cavablandırıb.
Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, ona verilən suallardan biri özündən yaşda çox böyük bir xanımla evlənməyin çətin və asan tərəfləri barədə olub.
Maksim Qalkin suala çox maraqlı cavab verib:
“Mənim arvadım heç bir zaman “bütün gəncliyimi sənə verdim, sən gəncliyimi əlimdən aldın” deməyəcək. Deyə bilməyəcək. Bu bizim evliliyimizin qızıl zəmanətidir”.