Yaqub Zurufçunun xanımı  mahnıya görə   qalmaqal yaratdı
01 mart 2024 14:18 (UTC +04:00)

Yaqub Zurufçunun xanımı mahnıya görə qalmaqal yaratdı

Bir neçə gündür sosial şəbəkələrdə mərhum müğənni Yaqub Zurufçunun həyat yoldaşı Aynu Zurufçu ilə gənc müğənni Zaur Quluzadə arasında qalmaqal yaşanır.

Lent.az-ın xəbərinə görə, Zaur Quluzadə bir zamanlar Yaqub Zurufçunun ifasında səslənmiş “Dəniz” mahnısını ifa edərək. sosial şəbəkədə yayıb.

Zurufçunun xanımı isə müğənniyə bu mahnını oxumağı qadağan edib, sosial şəbəkələrdə yayılmış videogörüntüləri sildirib.

Tərəfləri barışdırmağa çalışan müğənni Yusif  Mustafayevin təşəbbüsünü də Aytən xanım rədd edib. Yusif Mustafayev teleproqramlardan birində “sən gərək mənim ağ saçıma hörmət edəydin. Bu günə qədər heç bir qapıdan əliboş qayıtmamışam, qanlar, davalar yatırımışam. Bir mahnı nə olan şey idi ki, bundan ötrü mənə “yox” dedin. Bu yaxşı olmadı”, - o bildirib.

Onun sözlərinə görə, vaxtilə Yaqub Zurufçu ilə Baloğlan Əşrəfovu barışdrıb: "Dost idik. Sən sözümü yerə saldın, canın sağ olsun”.

# 7473
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar