“Mən çox təəssüf edirəm ki, Yaqub bəy bu gün belə dəfn olunur. Neçə gündür ki, istər dövlət, istərsə də xalqdan dəstək görürəm. Təəssüf ki, pandemiya onun istədiyi kimi dəfn olunmağa imkan vermədi”.
Bu sözləri əməkdar artist Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu mərhum sənətçinin dəfni zamanı Lent.az-a açıqlamasında bildirib.
“Mən Yaqub bəy haqqında danışmaq üçün özümü çox cılız hesab edirəm. O böyük adam idi, bütün varlığı ilə Azərbaycana bağlı idi. Nə qədər Azərbaycan var, Yaqub bəy də var".