“Xəyyam Nisamovun müğənni olmasında mərhum Reyhan Müslümovanın çox böyük rolu oldu. Xəyyama dəstək verdi”.
Lent.az-ın xəbərinə görə, bu sözləri müğənni, Əməkdar artist Firuzə İbadova mərhum rəfiqəsi, müğənni və aktrisa Reyhan Müslümova haqqında səsləndirib.
“Reyhan Müslümova əslən qubalı idi və yəhudi dilini çox gözəl bilirdi. O zamanlar Reyhan xanım müğənni Xəyyam Nisanovun evinə gedirdi. Onlarla sıx əlaqələri vardı. Xəyyamın müğənni olmasında Reyhanın çox böyük rolu oldu. Xəyyama dəstək oldu”.
Müğənni qeyd edib ki, ki, Reyhan xanım çox insanlara yaxılıq edib, dəstək göstərsə də, ölərkən çoxları onu tək qoyub, yas mərasiminə gəlməyib.
“O, dünyasını dəyişəndə çox insan onun yas mərasiminə gəlmədi. Amma gəlmək lazım idi. Çünki Reyhan gəlməyən insanlara çox yaxşılıqlar etmişdi. Onlara dəstək olmuşdu. O etibarsızlığa çox üzüldüm”.
Firuzə xanım əlavə edib ki, Reyhan Müslümova əməliyyata başqalarının ağlına uyaraq girib.
“Gərək etməyəydi, fitvaya getdi”, - o vurğulayıb.
Xatırladaq ki, Reyhan Müslümova illər öncə arıqlamaq üçün cərrah bıçağı altına yatıb. Şəkər xəstəsi olduğu üçün bu əməliyyatdan sağ çıxmayıb.
Əməkdar artist Xəyyam Nisamov isə bu məslə barədə belə fakir bildirib.
"Reyhan Müslümova məni dinlədi və dedi ki, bundan musiqiçi çıxmaz. Onun musiqidən xəbəri yoxdur. Amma mənə inandı, dedi ki, onunla məşğul olmalıyıq. Həyat yoldaşı da musiqiçi idi. Dedi ki, onu öyrətməliyik, yoldaşı razılaşmadı. Amma Reyhan Müslümova məni öz öhdəsinə götürdü və ona sübut etdi".