"Bu zəhirmar migren məndən əl çəkmir bezmişəm, belə zülm olar? Koronadan sonra lap betər oldu məndə"
Lent.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında müğənni Emma Ələkbərzadə paylaşıb. O, bildirib ki, migren onun həyatının kabusuna çevrilib. Bacısı, müğənni Sevda Ələkbərzadədən aldığı dərmanların ağrılarına təsir etmədiyini yazıb.
"Sevda dünən mənə Migrepaks verdi, dedi ki baci iç keçəcək. Yox. Keçmədi. Möhkəm ağri mədə bulanma ilə təcili Davidi məktəbə aparib və bulvara yeriməyə çıxacam, bəlkə o zaman düzələrəm"