“Arıqlayanda xəstələnib yatağa düşürəm. İstəyirəm ki, artıq çəkilərdən xilas olum, arıqlayım. Amma zəifləyirəm və immunitetim aşağı düşür”
Lent.az-ın xəbərinə görə, bunu müğənni Mətanət Əsədova deyib.
“Bu yaxınlarda xəstə düşdüm. İki ay 20 gün evdə xəstə yatdım. Aylardır efirə çıxmıram. Əməkdar artistlər Gülbahar Şükürlü və Aygün Bəylərin vəfat etməsi mənə çox pis təsir etdi. Xəstəlik ayağa qalxıb onların yasına getməyə aman vermədi. Mən nə gündə idim, Onların yasını evdə saxladım”,- deyə müğənni bildirib.