Xalq artisti Zülfiyyə Xanbabayeva dünyasını dəyişən “A Studio” qrupunun solisti Batırxan Şukenovla birgə çəkilmiş şəklini sosial şəbəkədə paylaşıb. Lent.az-ın məlumatına görə, fotoya dair təəssüratlarını bildirmək istəməyən xalq artistinin yeni paylaşdığı şəkil maraqla qarşılanıb.
Qeyd edək ki, “A Studio” qrupunun solisti B. Şukenov aprelin 29-u 52 yaşında infarktdan Moskvada dünyasını dəyişib.