ABŞ-ın Alabama ştatının məhkəməsi 72 ildən sonra əfv barəsində qərar çıxarıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 1931-ci ildə 3 Afrika mənşəli ABŞ vətəndaşı zorlama ilə bağlı mühakimə olunub.
Bu o zaman «Skottsborolı oğlanlar»ın işi adlanıb. Onlar irqçiliyə qarşı mübarizə aparıb, məhkəmə sistemində ədalət sisteminin pozulmasına qarşı çıxırmış.
Mənbə xatırladıb ki, 9 nəfərlik gənc Afrika mənşəli amerikalıdan ibarət qrup qatarla səyahət edərkən iki ağ dərili qadına təcavüz etməkdə ittiham olunub.
O vaxt avropalı ağ dərili məhkəmə heyəti fakt və sübutun olmamasına, qadınlardan birinin zorlamanı inkar etməsinə baxmayaraq, gənclərin suçlu olması haqda qərar çıxarıb.
6 gəncin ittihamı əvvəllər götürülüb. Hazırda onların heç biri həyatda yoxdur.