Rejissor Zorik (Zöhrab Ağayev) məhkəmə qərarına əsasən müğənni Natavan Həbibidən üzr istəyib. Lent.az-ın show.az-a istinadən verdiyi məlumata görə, Z.Ağayev bildirib ki, o, N.Həbibidən üzr istəməyi özünə ayıb bilmir: "Mən Ağayev Zöhrab Sahib oğluna, məhkəmə araşdırılması zamanı məlum oldu ki, Həbibova Natavan xanım Şamil qızı, soy-köklü baxımından Azərbaycan milliyyətinə mənsub şəxsdir. Onun milliyətcə erməni əsilli olması barədə, tərəfimdən yayılmış məlumatlar yanlışdır. Şəxsin soy-kökü ilə bağlı ifadə etdiyim yanlış məlumata və ona qarşı işlətdiyim təhqiramiz ifadələrə görə, Natavan xanım Həbibovadan üzr istəyirəm”.
Qeyd edək ki, N.Həbibi eyni ittihamla Z.Ağayevdən savayı, xalq artisti Aygün Kazımovanı və prodüser Tarix Əliyevi də məhkəməyə verib.