Bu gün Səbail rayon məhkəməsində müğənni Natavan Həbibinin klipmeyker Zorikə qarşı şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə qaldırdığı məhkəmə prosesinin ilk iclası keçirilib. Lent.az-ın xəbərinə görə, axsam.az-a danışan Zorik iddianı qəbul etdiyini bildirib: “Məhkəmə bir neçə saat bundan əvvəl baş tutdu. Natavan gəlməmişdi, əvəzində isə heç nədən xəbəri olmayan vəkili prosesə qatılmışdı. Mənə qarşı irəli sürülən bütün iddiaları qəbul etdim. Şikayətində bildirib ki, efirlərdə ona erməni və digər nalayiq sözlər söyləmişəm. Mən də sözümüm üstündə dururam, bəli, demişəm, bunu danmayacam. Natavan ermənidir. Bir daha sözümü deyib, ifadəmi imzaladım. Cəzam nədirsə, çəkməyə hazıram. Hamıya sübut edəcəm ki, o ermənidir. Mən onun evində erməni dilində kitabları görəndə bunun şahidi olmuşam”.
Növbəti məhkəmə prosesi sentyabrın 17-də baş tutacaq. N.Həbibi prodüser Toliki də məhkəməyə verib.