“Şou-biznesin hardasa 50 faizi narkomandır”
Ötən gün tanınmış gitara ifaçısı, əməkdar artist Rəmişin (Rafiq Hüseynov) Hüseyn Dərya haqqında “şou-biznesin 99%-i narkotik istifadəçisidir” fikrinə əməkdar artist Zöhrə Abdullayeva reaksiya verib.
Lent.az-ın məlumatına görə, aznews.az-a açıqlama verən Zöhrə Abdullayeva incəsənət sahəsində insanların sağlığında bir-birinə qiymət verməmək, etinasızlıq və soyuqluq vərdişi olduğunu söyləyib:
“Bu, bizim ruhumuzda var. Hüseyn Dərya isə nə elədisə, özünə elədi. Özündən başqa heç kimə ziyan vurmadı. Onun da Rəmişin Gülüsü kimi bir ürəyiyananı olsaydı, indi yaşayardı. Əlbəttə, keçmiş həyat yoldaşı Sonanın haqqını da itirmək olmaz. Sona çox mücadilə apardı, əziyyət çəkdi həm sevgisi, həm də dözümü ilə”.
Z.Abdullayevanın sözlərinə görə, şou-biznesin 99 faizinin narkoman olmasıyla bağlı deyilənlər həqiqəti tam əks etdirməsə də, qismən doğrudur:
“Düzdür, 99 faiz həddən artıq yüksək rəqəmdir. Amma şou-biznesin hardasa 50 faizi narkomandır”.