Bu gün aparıcı Zaur Baxşəliyev və Günay Baxşəliyeva ( Qələndərli) cütlüyünün ailə həyatı qurmasından 1 il ötür. Bu barədə Lent.az-a məlumatı Z.Baxşəliyevin aparıcılıq etdiyi “Ümid var” verilişinin prodüseri Faiq Ələkbərli deyib. O, bildirib ki, cütlüklər evliklərinin bir ilini fərqli şəkildə qeyd edəcəklər: “Bu gün çox hörmət etdiyim Zaurla Günayın 1 illiklərini təbrik edib, onlara səadət dolu həyat arzu etdim. Zaur evliliklərinin bir ilini hamının adət etdiyi ziyafət təşkil eləməklə deyil, gəzintiyə və geyim alış verişinə çıxmaqla edəcək. Axşam isə evlərində doğmalarının ətrafında xoş günlərini qeyd edəcəklər”.
Xatırladaq ki, Zaur və Günayın avqust ayında qız övladı dünyaya gəlib. Zaur qızına anasının adını verib.
Xatırladaq ki, ötən il aparıcılığını Afaq Gəncəli və Faiq Ələkbərlinin idarə etdiyi Günay və Zaurun toyuna xalq artistləri Canəli Əkbərov, Habil Əliyev, Amaliya Pənahova, əməkdar artistlər Aybəniz Haşımova, Elza Seyidcahan, müğənnilər Elnarə Xəlilova, Rəşad İlyasov, Ayaz Qasımov, Aynişan Quliyeva, Elçin Cəfərov, aparıcılar Günay Firudinqızı, Mirsalam Mirsalamov, Xoşqədəm Hidayətqızı, rəqqasə Fatimə aşıq Samirə və başqaları gəlmişdi.
Qeyd edək ki, media nümayəndələrinin qadağalı olduğu toydan Lent.az-ın əməkdaşı eksklüziv şəkillər çəkmişdi. Həmin şəkillərin bir qismini təqdim edirik.