Yalçın Rzazadə: “Teymur Əmrah oxuyanda elə bilirəm qadın...”
11 mart 2013 12:49 (UTC +04:00)

Yalçın Rzazadə: “Teymur Əmrah oxuyanda elə bilirəm qadın...”

“Teymur Əmrah çox mənəm-mənəm deyir. O insan oxuyanda ayıra bilmirəm ki, qadın oxuyur, yoxsa kişi”.

Bunu Lent.az-a xalq artisti Yalçın Rzazadə deyib: O, həmkarını yersiz danışmaqda ittiham edib: “Teymur elə hey danışır, ay mənim tələbələrim var, ay nə bilim nə... Hər yerindən duran özünə sənətkar deyirsə nə oldu? Bu insan, mənim illər öncə ifa etdiyim “Əlvida” mahnısının qolunu, qanadını qırıb, notunu dəyişib, öz istədiyi kimi oxuyub. Heç kimin ixtiyarı yoxdur ki, ağlına nə gəldi, ürəyi necə istədi elədə oxusun. O, məndən ifa etdiyim “Əlvida” mahnısının sözlərini istədi və mən də verdim. Mahnını ifa etdikdən sonra bu insan mədəniyyət göstərib, “çox sağ ol” da demədi. Bu insan oxuyanda bilmirsən, xalq artistləri Flora Kərimovanı yoxsa, İlhamə Quliyevanı parodiya eləyir. Yəni ifa tərzini başqasına bənzədir”.

 

 

Xalq artisti onu da əlavə edib ki, bu günə qədər onun ifa etdiyi mahnıları xalq artisti Aygün Kazımova, Brilliant Dadaşova və bir çox sənətçi ifa edib. Lakin onların ifası xalq artistini qane etməyib: “Hərəsi öz istədiyi kimi oxuyub. Amma heç kimin ixtiyarı yoxdur ki, bəstəkarın yazdığı mahnının notunu, sözlərini dəyişib oxusun. Mənim mahnımı Brilliant da, Aygün də öz istədiyi kimi oxuyub. Heç xoşuma da gəlmədi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2648
avatar

Yalçın UĞUR

Oxşar yazılar