Xumar Qədimova: “Bir də gəlməyəcək mənim tək qadın”
30 sentyabr 2014 20:01 (UTC +04:00)

Xumar Qədimova: “Bir də gəlməyəcək mənim tək qadın”

 

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) müğənni Xumar Qədimovanın yeni mahnısının təqdimat mərasimi keçirilib. 

Lent.az-ın "modern.az-a istinadən xəbərinə görə, “Bir də gəlməyəcək mənim tək qadın” adlı bəstənin sözləri şair, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə, musiqisi ifaçının özünə məxsusdur. 

R.Məcid mərasimi açıq elan edərək bəstənin ərsəyə gəlmə tarixçəsindən və X.Qədimovanın sənətindən bəhs edib:

“Buraya Xumar xanımın nəğmələrini, özünü sevən insanları dəvət etmişik. Xumar xanımın öz dünyası var, fərqli səviyyənin daşıyıcısıdır. Bu şeiri 2011-ci ildə yazmışdım. Fikirləşirdim ki, bu sözlərə nəğmə qoşmaq çətin alınar. Amma Xumar xanım bunu etməyi bacardı".

Xumar Qədimova hər zaman dillərdə əzbər olacaq bir nəğmə seçdiyini deyib:

“Rəşad Məcid səmimi insandır. Bu səmimiyyət onun şeirlərində də öz əksini tapır. Mən onun hədiyyə etdiyi kitabdan bu şeiri seçdim, musiqi bəstələdim. Rəşad müəllim mahnıya qulaq asanda təəccübləndi. O, ağlına gətirmirdi ki, mənim seçimim bu şeir üzərində olacaq.  Hər zaman dillər əzbəri olacaq nəğmələr seçirəm. İndiyədək təqdimat keçirməmişəm, bunun əleyhinə olmuşam. Məncə, elə mahnı oxumaq lazımdır ki, o, öz-özünü dinləyiciyə təqdim etsin. Bu bəstədə də hər bir insanın həyatında baş verə biləcək sevgidən bəhs edilib".

Millət vəkili Aqil Abbas çıxış edərək mahnı haqda müsbət fikirlər söyləyib: 

“Xumarın səsi, ifası qeyri-adidir. Onun yüksək ifaçılıq qabiliyyəti var. Mahnıya qulaq asdım və çox bəyəndim”.

Millət vəkili Jalə Əliyeva qeyd edib ki, Rəşad Məcid hər zaman düzgün seçimlər edir:

“Rəşad Məcid bizim əzizimizdir. O, bu dəfə də seçimində yanılmayıb və Xumar Qədimova ilə işbirliyi qurub. Bu onun zövqünün necə yüksək olduğunu bir daha sübut edir”.

“Ədalət” qəzetinin baş redaktoru, yazıçı-publisist İradə Tuncay isə bəstənin zövqünü oxşadığını deyib:

“Bir mahnıda ya musiqi, ya da sözlər güclü olur. Burada ikisi də eyni səviyyədədir. Bəstənin hit olacağına inanıram. Çünki mahnıda ürək döyüntüsü hiss edilir”.

Şairə Sevinc Çılğın çıxış edərək “Bir də gəlməyəcək mənim tək qadın” kəlməsinin hər bir qadının ürəyincə olacağını deyib: 

“Hər bir qadın bu mahnıda özünü görəcək. Bizim sənətçilər həmişə eyni tərzli mahnılar seçir. Xuram Qədimovanın seçimi isə hər zaman fərqli olub. Onun səsini də, ifa etdiyi musiqiləri də bəyənirəm”.

Təqdimat mərasimində həmçinin şair-publisist Elçin Mirzəbəyli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, aparıcı Rövşanə Bektaşi, jurnalist Anar Yusifoğlu və digərləri çıxış edib.

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2882
avatar

Oxşar yazılar

Beyons futbol oyununda çıxış edəcək

Beyons futbol oyununda çıxış edəcək

12 dekabr 2024 , 21:21
Dünyanın ən böyük yanaqlı qadını  açıq-saçıq geyimdə poza verdi

Dünyanın ən böyük yanaqlı qadını açıq-saçıq geyimdə poza verdi

12 dekabr 2024 , 19:19
Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47