Hazırda xəstəxanada olan Fransa prezidenti Fransua Ollandın vətəndaş nikahında olduğu xanımı Valerii Trierveyler ərini bağışlamaq istədiyini bildirib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Sky News» xəbər yayıb.
Fransada çıxan «Le parisien» qəzetinə müsahibə verən adı açıqlanmayan mənbə deyib: «O,bağışlamağa hazırdır və qapını onun üzünə çırpmaq istəmir. Bununla belə o, Fransua Ollandın bundan sonrakı davranışını da qısa bir zamanda bilmək istəyir».