Xalq artistindən <span style="color:red;">ŞOK SÖZLƏR : “Arvaddan qorxmayan kişi deyil”
17 iyul 2014 15:53 (UTC +04:00)

Xalq artistindən ŞOK SÖZLƏR: “Arvaddan qorxmayan kişi deyil”

Xalq artisti Səməd Səmədov şəxsi həyatından danışıb. Lent.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, ifaçı müsahibəsində maraqlı fikirlər səsləndirib: “Həyat yoldaşımla necə tanış olmağım barədə deyim ki, 37 il əvvəl keçmiş məzunlar bir yerə yığışmışdıq. Orada tanış olduq, danışdıq. Mən də cavan idim. Yaxınlaşdım, adını soruşdum, sonra görüşməyə başladıq. Çox xoşum gəlmişdi. Bir il görüşdük, sonra evləndik. Bilirsiniz, arvaddan qorxmayan kişi, deməli kişi deyil. Əlbəttə qorxuram. Neçə illərdir onun sözü keçib. Dava düşüb, onla dalaşmışam. Amma sonra görmüşəm ki, vay o, düz deyirmiş. Yoldaşımın 6 bacısı var, hər kəs İradə ilə məsləhətləşir. Filoloqdur. İlhamə Quliyeva da mənim xanımımla dostluq edir. 


 

# 2409
avatar

Oxşar yazılar