Mərkəzi Kəşfiyyat İdarəsi «Zona 51» kimi tanınan gizli obyektin mövcudluğunu etiraf edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu yaxınlarda həmin obyektlə bağlı sənədlər açılıb. Məlum olub ki, «U-2» adlı casus təyyarə düzəldilib.
Corc Vaşinqton adına universitetindən əldə edilən sənədlərə əsasən, 1955-ci ildə Nevadada məxfi təyyarənin sınağı keçirilib. Orada bildirilib ki, həmin təyyarənin kosmik gəlmələr və Uçan Naməlum Obyektlərlə (UNO) əlaqəsi olduğun iddia edilib.
Açıqlanmış sənəddə təsdiq olunub ki, «U-2»-nin sınağı keçirilən rayonun sakinləri təyyarəni UNO kimi qəbul edib: «Beləliklə, uçan boşqablarla bağlı əfsanə yaranıb»