Türkiyəli müğənnilər Dəmət Akalın, Hadisə, Murat Dalkılıç, Bərksan, Ozan Doğulunun yeni il gecəsi Bakıda nə qədər pul qazanacağı məlum olub. Lent.az-ın məlumatına görə, Türkiyənin “Hüriyyet” qəzeti həmin məşhurların konsertdən alacaqları qonorarların miqdarını açıqlayıb.
Xəbərə görə, Hadisə gecədə 2 saatlıq çıxış üçün 375 min TL (təxminən 190 min AZN), Demet Akalın isə 1 saatlıq ifa üçün 250 min TL (təxminən 125 min AZN) qazanacaq.