Türkiyədə azərbaycanlı gənclə erməni qızın sevgisindən bəhs edən serial çəkiləcək. Lent.az-ın məlumatına görə, “Ay Yapım” şirkəti bu məqsədlə tanınmış aktyorlar Kıvanç Tatlıtuğ və Məryəm Üzərlini bir araya gətirmək niyyətindədir.
İddialar özünü doğrultsa, serialın çəkilişlərinə 2014-cü ilin fevralında başlanılacaq. Gələn ilin sentyabrından isə əsər “KanalD”dən yayımlanacaq.
Qeyd edək ki, Kıvanç Tatlıtuğ hazırda “Kuzey Güney” serialında Kuzey rolunu oynayır. Məryəm Üzərli isə “Mühteşem Yüzyıl” serialını tərk edərək, Almaniyaya əməliyyat olunmağa yollanıb.