Türkiyə «Avroviziya»da iştirak etməyəcək
14 dekabr 2012 21:16 (UTC +04:00)

Türkiyə «Avroviziya»da iştirak etməyəcək

 

Çeşidli səbəb üzündən Avropanın 4 dövləti gələn il İsveçdə keçiriləcək «Avroviziya» mahnın yarışmasında iştirak etməyəcəyini artıq bildirib.

Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, Türkiyənin «TRT» televiziyası bu yarışmaya qatılmayacaqları haqda bəyanat verib.

Qurum bildirib ki, EBU (Avropa Yayın Birliyi) üzv dövlətlər arasında ayrımcılıq edir: «Almaniya, Fransa, İngiltərə və İtaliya son illərdə uğur əldə etməsələr də yarım finala qatılmadan finalda yarışırlar. Biz bunu haqsızlıq sayırıq.

Üzvü olduğumuz EBU-unun bu mahnı yarışmasına 1975-ci ildən qatılırıq. Bu günə kimi 34 yarışmada yer almışıq. 1976,1977, 1979 və 1994-cü illərdə çeşidli səbəblərdən yarışda iştirak edə bilməmişik.

1997-ci ildə Şəbnəm Pakərin «Dinlə»əsəri ilə 3-cü yeri tutmuşuq. 2003-cü ildə isə Latviyanın Riaqa şəhərində  keçirilən yarışda  Sertab Ərənəriini

«Everyway That I Can» adlı mahnın isə birincilik əldə etmişik. Bununla da Türkiyə ictimaiyyətinin diqqətini bu tədbirə artırmışıq.

Son 10 ildə bir dəfə birinci (2003), üç dəfə dördüncü (2004,2007, 2009), iki dəfə 7-ci (2008 və 2012), bir dəfə isə ikinci (2010) yer tutmuşuq».

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1744

Oxşar yazılar