Təşkilatçı Nadir Qafarzadə ilə olan qalmaqaldan danışdı
15 yanvar 2014 10:17 (UTC +04:00)

Təşkilatçı Nadir Qafarzadə ilə olan qalmaqaldan danışdı

Ötən gün “Number One” mükafatından imtina edərək təşkilatçılardan narazılıq edən  Nadir Qafarzadənin açıqlaması müzakirələrə səbəb olub.

 

 

Gecənin təşkilatçısı və aparıcısı Tural Ozan da  açıqlama verərək N.Qafarzadənin haqlı olmadığını söyləyib. Qalmaqalı  yoluna qoymaq üçün T. Ozan Lent.az-la əlaqə saxlayaraq mövzuya aydınlıq gətirib: “Nadir Qafarzadəni çox istəyirəm, müğənni və insan kimi böyük hörmətim var . Sadəcə, dünən gecə anlaşılmazlıq olub . Tədbirin təşkilatçılığı və eyni zamanda aparıcılığı mənim üzərimdə olduğu üçün qonaqlarıma çox diqqət yetirə bilmədim . Nadir Qafarzadə də əminəm ki, məni başa düşdü”.

 

T. Ozanın açıqlamasından sonra N. Qafarzadə Lent.az-a bu sözləri söyləyib: “Əvvəla onu deyim ki, Tural mənim övladım yerindədir. Sadəcə, o yaşından böyük ifadələr səsləndirmişdi. Amma sonra dediyi sözlərin anlaşılmazlıq olduğunu etiraf etdi. Beləcə də bu məsələ öz yoluna qoyuldu”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1163
avatar

Oxşar yazılar