Bu dəqiqələrdə "Toppuş bacı" adı ilə tanınan əməkdar artist Tunzalə Əliyevanın toy məclisi başlayıb. Lent.az-ın məlumatına görə mərasim mətbuata qapalı şəraitdə keçirilir. Bununla belə mərasim zalına daxil olmazdan əvvəl aktrisanın həyat yoldaşı kameraların obyektinə tuş gəlib. "Toppuş bacı deyib: "Lap özümü Ancelina Coli kimi hiss etdim". Bəy isə jurnalistlərdən xahiş edib ki, onları çox narahat etməsinlər.
*****
11.24
Toppuş bacının (Tünzalə Əliyeva) bu gün qız toyudur. Öz təəssüratlarını Lent. az-la bölüşən aktrisa deyib ki, toyu ictimaiyyətə qapalı olmayacaq: “Allah hər kəsə xeyir iş nəsib etsin. Toyumda media nümayəndələri də iştirak edəcəklər. Bir çox tanınmış simalar toyuma dəvətlidirlər ”.
Qeyd edək ki, aktrisa T.Əliyevanın ailə həyatı qurmağa hazırlaşdığı Röyal adlı oğlanın 26 yaşı var.