Aktyor Tolqa Karel həyat yoldaşı, azərbaycanlı model Günay Musayevadan polisə şikayət edib.
Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o, Günayın sürücüsü tərəfindən silahlı hücuma məruz qaldığını iddia edib. Aktyor hadisənin modelin Maslakda yerləşən evinin avtomobil dayanacağında baş verdiyini söyləyib.
Tolqa oğlunu görmək üçün iki aydır ayrı yaşadığı həyat yoldaşının evinə getdiyini bildirib:
"Əvvəl zəng vurdum. Cavab vermədiyi üçün evinə getdim. Qapını da açan olmadı. Dayanacağa düşdüm. Birdən iki nəfər hücum etdi. Biri silahlı idi. O, həyat yoldaşımın sürücüsü imiş. Bunu o etdirib, ona görə şikayətçiyəm".
Günay Musayeva isə iddiaları rədd edib:
"Səhər saat 6-da içkili vəziyyətdə gəlib evi dağıtdı. Onu çölə çıxartdım. Sonra nə baş verdiyini bilmirəm".
Azərbaycanlı modelin sürücüsü Ozkan Berber də "Günay xanım Tolqa bəyin içkili halda gəlib evi dağıtdığını söyləyincə yanına getdim. Söyüş söydüyü üçün mən də Tolqaya sillə vurdum. Silahım yoxdur" deyərək söylənənlərin həqiqət olmadığını vurğulayıb.
Məhkəmə Tolqanı təhdid etdiyi üçün Berberin ona 3 ay müddətində yaxınlaşmasına qadağa qoyub.
Qeyd edək ki, 2011-ci ildə ailə quran Günay və Tolqa cütlüyünün Cihangir adında övladları var.

Tolqa Karel Günay Musayevanı polisə verdi
Oxşar yazılar

Onlar məşhurluqdan bezib - "Kim olduğumu unutdum"
14 iyul 2025 , 19:20
Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42