Tolikin ad günündə nələr yaşandı?
10 iyun 2015 10:30 (UTC +04:00)

Tolikin ad günündə nələr yaşandı?

Qalmaqallı açıqlamaları və şou-biznesdə etdiyi layihələri ilə özündən söz etdirən prodüser Tolik ( Tarix Əliyev ) paytaxt məkanlarının birində 36 yaşını qeyd edib. Lent.az-ın məlumatına görə, prodüserin özəl gününə bir çox tanınmış simalar gəlib. Gecənin səbəbkarı ad günündə öz təəssüratlarını bölüşüb: “Bu gün bura dəvət etdiyim insanlar hamısı mənim dostumdur. Yəni görmək istədiyim adamlar burdadır. İndi bir-bir hamının adını çəksəm, gərək 134 nəfərin adını çəkəm. Ötən ilki ad günümdə xalq artisti İlhamə Quliyeva var idi deyə çox adam rəqs etməyə çəkinirdi. İndi İlhamə xanım burda yoxdur. Hər kəs rəqs etsin. Məni sayıb xoş günümə gələn bütün dostlarıma da öz təşəkkürümü bildirirəm”.

 

Tolikin bu sözlərindən sonra şou-biznes nümayəndələri bir-bir səhnə almağa başladılar. Bundan sonra isə sözün əsil mənasında vur çatlasın, çal oynasın başlayıb. Məclisin başlayandan 2 saat sonra xalq artisti Aygün Kazımovanın gəlişi isə gecəyə daha da rəng qatıb. 

 

Onu da əlavə edək ki, səbəbkara ad günündə bir çox sürpriz hədiyyələr bağışlanıb.

 

Qeyd edək ki, aparıcılığını Samir Bayramlının etdiyi ad gününə xalq artisti Firəngiz Mütəlimova, müğənnilər Rəqsanə İsmayılova, Niyam Salami, Gülay Zeynallı, Ayaz Qasımov, Ayan Babakişiyeva, Sevinc Ağaşirinova, Yaşar Cəlilov, Elnur Məmmədov, Afaq Aslan, Sevda Yahyayeva, Aytac Vidadiqızı, aparıcı Murad Dadaşov, Vüsalə Kərimova, Nazənin, dj Çina və digər tanınmışlar gəlib. Gecənin təşkilatçı isə prodüserin dostları Rövşən İlknuri və Şahin Cavadsoy olub.

 

 

Tolikin ad günündən fotoları təqdim edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276

Oxşar yazılar