Tarkana Azərbaycandan 500 minlik təklif
22 dekabr 2012 19:57 (UTC +04:00)

Tarkana Azərbaycandan 500 minlik təklif

0

Türkiyənin meqa-starı Tarkan Azərbaycandan gələn  təklifi qəbul etməyib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Tarkan ilin sonunda İstanbulda 5 ulduzlu bir oteldən aldığı (500 min türk lirəsi-200 min manat) təklifdən imtina edib. Bundan başqa? Tarkan ilin sonunda konsert verməsi üçün Dubay və Azərbaycandan, hərəsinin dəyəri 500 min dollar olmaqla edilən təkliflə də razılaşmayıb. Onun təklifləri qəbul etməməyinə səbəb 2013-cü ili anası və ailəsi ilə birlikdə qarşılamaqdır.

 

 

Qeyd edək ki, meqa-starın yanvar ayına Bakıda da konserti nəzərdə tutulub. “Səs Organization”un rəhbəri Nahid Emiloğlu Lent.az-a açıqlamasında bildirib ki, Tarkana 500 min dollar təklif edilməsi onların konsert proqramına aid deyil: “Bizim konsertimizin dekabr ayında keçirilməsi nəzərdə tutulmuşdu. Bu da Yeni il ərəfəsi deyildi. Amma sonradan işlərimizin çoxluğundan təxirə düşdü. Amma yanvar ayında Tarkanın Azərbaycanda konserti gerçəkləşdiriləcək”.

 

Jalə

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2176

Oxşar yazılar