Prodüser Anar Mədətov "Gün üzü" verilişində qonaq olarkən şou yazar Şahin Cavadsoyu pul alıb, xaos yaratmaqda günahlandırıb. Lent.az-ın məlumatına görə, bu ittihamlar cavabsız qalmayıb. Tanımış jurnalist Şahin Cavadsoy adını qalmaqalda hallandıran bəzi şou-nümayəndələrinə ad çəkmədən cavab verib. O, rəsmi “İnstagram” səhifəsində xalq artisti Aygün Kazımova ilə müğənni Elton Hüseynəliyevin 8 mart günü Qəbələdə baş tutan konsertlərindən çəkilmiş fotolardan birini paylaşaraq bunları yazıb:
"17 illik jurnalist fəaliyyətim dövründə şou dünyasında çox sözlər eşitdim, saysız hesabsız qalmaqallardan üzüağ çıxdım. Mən susuram. Amma danışanda elə açıqlama edəcəyəm ki, var ikən ölmüş insanlar od tutub yanacaqlar. Mənfi sözlər yazıb əhvalınızı neqativə kökləmək niyyətində deyiləm. Cümlələrimdə daim işində birinci olan insanların adlarını çəkib onları haqlı şəkildə PR etmişəm, edəcəyəm də. Onlardan biri, deyərdim ki, birincisi qardaş qədər mənə əziz olan, hər zaman gördüyü işləri ilə ölkənin əsas prodüseri olduğunu isbat edən Tarix Əliyevdir. Tolik ötən gün Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Aygün Kazımova və Elton Hüseynəliyevin möhtəşəm konsertini yüksək səviyyədə təşkil etdi. Uğur, nailiyyət budur əzizlərim. Bəzi boşboğazlıq edənlər qoy olmayan şər-böhtanı atıb danışmaqlarında olsunlar. Keçmişlə yaşayanlar, heç zaman gələcəkdə zəfər əldə edə bilməzlər. Tükənmişlik sindromu yaşayan kəs və kəslər sizə yazığım gəlir. Yalanlar danışıb özünüzü ovundurun. Çünki yeganə təsəllinizi bundan alırsınız. Allah Sizə rəhmət eləsin - ölülər..."