“Şərq" qəzetinin əməkdaşı və Space-in aparıcısı Tahirə Məmmədqızı bu il keçiriləcək parlament seçkilərinə qatılmaq niyyətindədir. Lent.az-ın məlumatına görə, jurnalist xanım bildirib ki, o, seçkilərə doğulduğu rayondan - Astaradan qatılacaq.
T.Məmmədqızı deyib ki, hazırda imkanlarını götür-qoy edir. Milli Məclisdə xanım deputatların sayının çox olmasını arzulayan Tahirə dostlarının, yaxınlarının köməyindən yararlanıb mandat mübarizəsi aparmaq niyyətindədir.