Fransanın "Nitsa" klubunun italyan hücumçusu Mario Balotelli "İnstagram" hesabında tanınmış model Kim Kardaşyan barəsində şok fikirlər səsləndirib. Lent.az-ın hurriyet.com.tr-yə istinadən verdiyi məlumata görə, Balotelli Kim Kardaşyanın fotosunu paylaşaraq şəklə modelin həyat yoldaşı, repçi Keyn Vesti tag edib və belə yazıb: "Həqiqətən bu nədir belə? Keyn, bununla necə birlikdə olursan? İyrənc. Dünyada estetik əməliyyat etdirib daha da eybəcərləşən yeganə qadın budur".