SSRİ-nin xalq artisti, pianoçu, bəstəkar və dirijor Konstantin Orbelyan 86 yaşında Los-Ancelosda ölüb.
Lent.az-ın “RBK”-ya istinadən məlumatına görə, Orbelyan 35 ildən çox Ermənistan Dövlət estrada orkestrinin baş dirijoru və bədii rəhbəri olub. Bu vəzifəyə o, 1956-cı ildə təyin edilib.
O, 1992-ci ildə ABŞ-a mühacirət edib. O vaxtdan Los-Ancelosda yaşayıb.