Sibel Can dünən Harbiyedə konsert verib.
Lent.az-ın "Hürriyət”ə istinadən məlumatına görə, gecəyə “türk musiqisinin divası” Bülənt Ərsoy da qatılıb və salonda onun üçün xüsusi oturacaq hazırlanıb. Konsert vaxtı B.Ərsoyu tamaşaçılar arasında görən Sibel Can ona tərəf gələrək əlini öpüb.
B.Ərsoydan başqa Halil Sezai və digər tanınmışlar da konsertə gəlib.