Sibel Can Bakıya Mustafanı gətirir
20 iyun 2013 11:27 (UTC +04:00)

Sibel Can Bakıya Mustafanı gətirir

Türkiyənin tanınmış müğənnisi, estrada ulduzu Sibel Can Azərbaycana gəlir. Müğənni iyunun 25-də “Hollivud” əyləncə mərkəzində canlı konsert proqramı ilə çıxış edəcək.  

 

Bu barədə Lent.az-a konsertin təşkilatçısı, "Səs Muzic Orqanization"un rəhbəri Nahid Eminoğlu məlumat verib. Onun sözlərinə görə, orkestri ilə birgə paytaxtımıza təşrif buyuracaq Sibel Can 3 saatlıq konsert proqramı ilə Bakı sakinlərini əyləndirəcək.

 

Gecədə bir çox sürprizlər də gözlənilir. Onlardan birini Nahid oxucularımızla bölüşdü: “Sibel Can bu konsertinə möhtəşəm şəkildə hazırlaşır. O, hətta özü ilə birgə Bakıya məşhur kaman ustası Mustafa Taspinarlını da gətirir. Gecə çox maraqlı olacaq”.

 

Xatırladaq ki, restoranda baş tutacaq konsertin biletlərinin qiyməti 300-500 manat arasıdır.

 

Konsertin informasiya dəstəkçisi Lent.az-dır.

# 1696

Oxşar yazılar