ABŞ-da çıxan «Health Communication» elmi jurnalında amerikalı alimlərin apardığı araşdırma haqda yazı çap olunub.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, həmin məqalədə bildirilib ki, arıqlama romantik münasibətlərə mane olur.
Onlar 42 cütlük arasında 2 il ərzində apardıqları müşahidə nəticəsində bu qənatə gəliblər. Bu müddətdə onlar 15 kq arıqlayıb. Məlum olub ki, bu, yemək rejimi və həyat tərzi bütünlükdə seksual həyata mənfi təsir göstərir.
Alimlər kişi ilə qadın arasında qarşılıqlı münasibətin ciddi şəkildə pisləşməsinə, bir sıra hallarda isə onların ayrılmasına səbəb olduğunu qeyd ediblər. Araşdırmaçıların qənaətincə, bu zaman sinir sistemi , baş verən dəyişikliklərə şok dərəcəsində reaksiya verir.