Sevda da biznes qurmaq niyyətindədir
26 oktyabr 2015 13:00 (UTC +04:00)

Sevda da biznes qurmaq niyyətindədir

Müğənni Sevda Yahyayeva ifaçılıq peşəsindən əlavə yeni biznesə başlamaq niyyətindədir. Lent.az-ın məlumatına görə, o, bu barədə “Onlar” verilişinə açıqlamasında bildirib: “Fikir verirəm ki, bir çoxlarının peşələrindən savayı, digər işlərdən də gəlirləri var. Mən də belə etmək niyyətindəyəm. Yeni biznesə keçməyim yaradıcılığıma mane olmayacaq. Yəni müğənnilik fəaliyyətim öz yerində qalacaq”.

 

Sevda dostlarında da şikayətlənib: “Bəzən gözləmədiyin insandan elə bir zərbə alırsan ki, insan şok olur. Deyirlər, insanı tanımaq çox çətindir, bunun üçün zaman gərəkdir. Niyyəti pis olan insanlar, zamanla səndən uzaqlaşır. Dostluqların ömrü çox az olur, onların rolları bitdikcə, özləri həyatımdan çıxır. Biri mənə pislik etsə belə, oturub ona pislik etmək üçün plan qurmaram. Onu acılaya bilərəm, xətrinə dəyə bilərəm amma arxasınca heç bir pislik etmərəm. Ürəyim qırıldıqdan sonra həmin insanlar əvvəlki münasibətdə ola bilmərəm. Arxamca nə istəyirlər danışsınlar, əsas odur ki, məni görəndə üzümə heç nə deyə bilmirlər.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 497

Oxşar yazılar