Türkiyə millisi və «Əskişəhr» futbol komandasının futbolçusu Sərvət Çətin 750 min lirə (təxminən 375 min manat) ödəyərək, ev almaq istəyib. Ancaq vaxtı çatanda ona mənzilini təhvil verməyiblər.
Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, o, İstanbul şəhər maliyyə polisinə şikayət edib.
Milli futbolçu Ataşəhrdən bir tikinti şirkətinin «səmərəli ev» təklifi ilə təqdim etdiyi bir evə yuxarıda göstərdiyimiz məbləği ödəyib. Ancaq evin təhvil verilməsi ilə bağlı müddət çatanda məlum olub ki, heç «şirkət» binanın tikintisinə belə başlamayıb.
Polisəşikayətində o, «aldadıldığını» etiraf edərək, bir fırıldağın «qurbanı» olduğunu da vurğulayıb.