Türkiyənin məşhur müğənnisi Sərdar Ortac evlənmək qərarına gəlib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, illərdir güvənə biləcəyi və onu xoşbəxt edə biləcək qız axtarışında olan müğənni Litvadan olan Çloe Louhnan ilə evlənmək qərarına gəlib. Bu xəbəri sənətdə olmasının 20-ci ildönümünü qeyd edən Ebru Gündeş tamaşaçılar qarşısında söyləyib. Belə ki, Ebru Gündeşlə gecədə duet səsləndirən Sərdar Ortac bildirib ki, Ebru Gündeş ona dəstək olan ilk dostudur: “Ebru ilk əlimdən tutan, mənə dəstək olan insandır. Həbsxanada olanda, atam vəfat edəndə mənim yanımda oldu. Onu çox sevirəm, amma o da evlidir”.
Ebru Gündeş isə öz növbəsində Sərdar Ortacın litvalı qızla evlənmək qərarına gəldiyini
deyib.