Sekslə məşğul olan zaman enerji itkisi gəzintidəki qədərdir
30 oktyabr 2013 07:50 (UTC +04:00)

Sekslə məşğul olan zaman enerji itkisi gəzintidəki qədərdir

Kanadanın Kvebek Universitetinin araşdırmaçıları seksin arıqlamaq üçün yaxşı vasitə olduğunu təsdiqləyib.

 

Lent.az-ın «nyuru»-ya istinadən məlumatına görə, alimlər cinsi əlaqənin idman yerişi və qaçışdan da səmərəli olduğun qənaətinə gəliblər.

 

 

Araşdırma zamanı məlum olub ki, 18- 35 yaş arası kişilər cinsi əlaqə zamanı dəqiqədə 4,2 kalori enerji itirir, onların həmyaşıdı olan qadınlar isə 3,1 kalori sərf edir.

 

Orta hesabla bu 24,7 dəqiqəyə yekunlaşır və bu zaman kişilər 104 kalori, qadınlar isə 69 kalori itirir.

 

Kanadalıların nəticələri Devid Ellisonun başçılığı altında aparılan araşdırma ilə ziddiyyət təşkil edib. Bu qrup mütəxəssislərin araşdırmasına əsasən, 6 dəqiqəlik cinsi əlaqə zamanı kişilər 21 kalori istilik yandırır. Əvvəllər isə bu 300 kalori kimi təsdiqlənmişdi.

 

Bu enerjini 6 dəqiqəlik gəzinti zamanı da  itirmək mümkündür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6948
avatar

Oxşar yazılar