Şəbnəm Tapdıq: "Mən əxlaqdan danışanda hamı əsəbiləşir"
25 noyabr 2014 12:26 (UTC +04:00)

Şəbnəm Tapdıq: "Mən əxlaqdan danışanda hamı əsəbiləşir"

“Mən əxlaqdan danışanda başqaları əsəbiləşirlər. Niyə? Mən çox əxlaqlı, namuslu qadınam”.Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Şəbnəm Tapdıq “Gündəlik” verilişinə qonaq olarkən deyib. O, bildirib ki, onun müğənnilik peşəsini seçməsini pisləyənlər də olub: “Yadıma gəlir ki, ilk dəfə səhnəyə çıxanda 17 yaşım var idi. Çıxdım ifamı təqdim  elədim. Atama dedilər ki, “Sən niyə icazə vermisən ki, bu qız müğənni olur?” Bu səhv fikirdir. Müğənni olanda nolar ki? Əsas insanın əxlaqı yerində olmalıdır. Mən namuslu qadınam”.

 

Daha sonra aparıcı Mətanət Əlverdiyeva Ş.Tapdığa məsləhət verib: “Sənə məsləhətim budur ki, deyilən söz-söhbətlərə fikir verməyəsən. Şayiələr hər zaman olub. Efirə çıxan insana hərə 100 öz deyir. Elə aparıcılar barədə də. Deyilənləri sağ qulağından al, sol qulağından da ötür getsin”.

Ş.Tapdıq isə “Sənin xasiyyətin mənim xarakterimlə üst-üstə düşür. Çox bəyənirəm səni”.

 

Müğənnin sözlərinə aparıcı “Yox bacı üst-üstə düşə bilməz. Mənim artıq yekə oğlanlarım var. O sahədə heç cür düşə bilməz. Fərqliyik” -, deyə cavab verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1835
avatar

Oxşar yazılar