Müğənni Səbinə Babayeva dinləyicilərə yeni "Eşq alovu" mahnısını təqdim edib. Mahnının musiqisi ifaçının özünə, sözləri "Aypara " qrupunun solisti Arzu Həsənliyə, aranjemanı isə Emin Kərimiyə məxsusdur. Öz təəssüratlarını Lent. az-la bölüşən müğənni bildirib ki, mahnını həyat yoldaşına həsr edib: “ Xaricdə səfərdə idim. Mahnını da səfərdə olanda həyat yoldaşıma yazdım. Düşünürəm ki, fərqli bir mahnı ərsəyə gəldi”, - deyə müğənni əlavə edib.
Qeyd edək ki, müğənninin 8 Martda konserti olacaq. Və o, bu ay ərzində daha bir neçə yeniliyi ilə dinləyicilərini sevindirəcəyinə söz verib.