Samirə hər kəsi aldadıb - <span style="color:red;">Ərə getmir
04 oktyabr 2019 14:41 (UTC +04:00)

Samirə hər kəsi aldadıb - Ərə getmir

Meyxanaçı-müğənni Samirə Yusifqızının 2-ci dəfə özündən yaşca kiçik hacı ilə ailə quracağı xəbəri yalan çıxıb.

Lent.az-ın məlumatına görə, ifaçı bir müddət öncə “Elgizlə izlə” verilişində ailə quracağını söyləsə də bu gün “Hər şey daxil” verilişində belə bir fikrinin olmadığını deyib: "Ərə getmirəm, boş söhbətdir".

 

Verilişin aparıcısı Tolik isə Samirəyə "Bəs verilişlərə çıxıb deyirdin, ərə gedirəm?", - sualını ünvanlayıb.

 

İfaçı isə ona cavab olaraq “Bir nəfər var idi, İsveçrədə yaşayan azərbaycanlı idi. Mənimlə ailə qurmaq istəyirdi, razı olmadım”, - sözlərini əlavə edib.

 

Qeyd edək ki, S.Yusifqızının ilk həyat yoldaşı dünyasını dəyişib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1158
avatar

Yalçın UĞUR

Oxşar yazılar