Şakiranın oğlu oldu
28 dekabr 2012 11:12 (UTC +04:00)

Şakiranın oğlu oldu

Dünyaca məşhur müğənni Şakiranın oğlu olub. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə müğənninin sevgilisi, “Barselona” futbol klubun oyunçusu Jerar Pike “Twitter” hesabında yazıb. O qeyd edib ki, sevgilisi Şakira oğul övladı dünyaya gətirib. Olduqca sevincli olduqlarını deyən Jerar Pike onları təbrik edənlərə təşəkkür edib.

 

Qeyd edək ki, Şakira uşağa Ulises adını vermək istəmişdi. Lakin sevgilisi Biel adını təklif edib. Biel Qabriel adının katalan formasıdır. Bu ad Bibliyadan götürülüb və “Allahın qulu” kimi tərcümə olunur. 
 

Şakira və məşhur oyunçu 2010 ildən bəri görüşür və bu yaxınlarda Barselona şəhərində ev alıblar.

# 1316
avatar

Oxşar yazılar