Şairə təmtəraqlı təqdimat etdi
08 yanvar 2013 00:53 (UTC +04:00)

Şairə təmtəraqlı təqdimat etdi

Keçmiş jurnalist, vaxtı ilə mətbuatda Sevinc Akifqızı imzası ilə tanınan mədəniyyət yazarı yeni diskinin təqdimatını edib.

Lent.az-ın məlumatına görə, iki ildən çoxdur şou aləminə qatılan Sevinc Akifqızı şeirlər yazıb, sözlərinə mahnılar bəstələnib.Onun mahnılarını tanınmış müğənnilər oxuyur.

Sevinc Akifqızı şeirlərinə bəstələnən mahnıları bir diskə toplayıb. Qələm dostları, tanınmış sənətçilərlə birgə diskinin təqdimatını keçirib.

Təqdimatda onun şeirlərinə bəstələnən  mahnıları ifa edən tanınmış müğənnilər iştirak edib. Şairənin qələm dostları Cığatel, Baloğlan Əşrəfov, Yusif Mustafayev, Firuz Səxavət və başqa qonaqlar səbəbkarı təbrik ediblər. Məclisdə müğənnilər Sevinc Akifqızının sözlərinə yazılmış mahnıları oxuyublar.

Qeyd edək ki, diskdə olan şeir və mahnılar əsasən ana, məhəbbət mövzusundadır. Şairənin sözlərinə bəstələnən mahnıları tanınmışlardan  xanəndə Elnarə Abdullayeva, müğənnilər Sədaqət, Səyyad Əlizadə, Tağı Salahoğlu, Rübabə və başqaları ifa edir. 

 

 

# 1718
avatar

Oxşar yazılar