Belarus prezidenti Aleksandr Lukaşenko keçmiş SSRİ-ni xatırladan «ayıqlıq günü»nə oxşar tədbirlə alkoqolizmə qarşı mübarizə aparır.
Dekabrın 15-i Belarus ərazisində «Alkaqolsuz gün» keçirilməsi planlaşdırılıb.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, həmin gün ölkə ərazisindəki bütün pərakəndə satış mərkəzlərində tünd, eləcə də zəifalkoqollu içkilərin və pivənin satışı qadağan olunacaq.
Bu tədbir çərçivəsində alkoqollu içkidən aslılıqdan pulsuz müayinə də nəzərdə tutulub.