2014-cü ilin Soçi qış olimpiyada oyunlarında 3 min metr məsafəyə konkisürmə yarışında Rusiyaya bürünc medal qazandıran Olqa Qrafa sevinci az qala daha sensasiyalı bitəcəkmiş.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, ölkəsinə ilk medal qazandıran Olqa sevindiyindən yarış paltarının yaxasını açandan sonra onun altından heç nə geymədiyini xatırlayıb.
30 yaşlı şaşqınlığını yalnız gülümsəməklə gizlətməyə çalışıb.